AZ

Mərkəzi Bank və IFC "yaşıl iqtisadiyyat"ın inkişafını müzakirə edib

Mərkəzi Bankda Beynəlxalq Maliyyə Korporasiyanın (BMK) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fins.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetləri, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüsləri və Mərkəzi Bankın dayanıqlı maliyyə üzrə gündəliyindəki mühüm məsələləri müzakirə etdik.

Həmçinin, görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələləri və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq.

Fuad Mədətov
Fins.az

phrase_var_article.chosen
122
3
fins.az

4phrase_var_article.sources