AZ

ABŞ Marqarita Simonyanın rəhbərlik etdiyi media qrumunun dezinformasiya əməliyyatını ifşa edib

Birləşmiş Ştatlar hökuməti çərşənbə günü Moskva ilə əlaqəli şirkətlərə və onların əməkdaşlarına qarşı cinayət işi qaldırmış və müxtəlif növ sanksiyalar və cəza ölçüləri tətbiq etmişdir. Buna səbəbi Amerika rəsmiləri Rusiyanın Amerika cəmiyyətini parçalamağa və prezident seçkilərinə müdaxilə etməyə yönəlik səyləri ilə əlaqələndirib.

ABŞ-ın Ədliyyə, Maliyyə Nazirlikləri və Dövlət Departamenti Rusiyanı ABŞ qanunlarını və beynəlxalq normaları pozmaqda ittiham edən bəyanatlarla çıxış edərək Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinin bu istiqamətdə geniş planda səylər göstərdiyini bildiriblər.

Manipulyasiya əməliyyatı “Rusiya hökumətinin ən yüksək dairələrinin bizim demokratik prosesi pozmaq üçün nə qədər uzağa getməyə hazır olduqlarını aydın edir,” deyə ABŞ Baş Prokuroru Merrik Qarland bildirib. O, bu bəyanatı Ədliyyə Nazirlyinin Seçkilərə Təhlükə üzrə İşçi Qüvvəsi qarşısındakı çıxışı zamanı səsləndirib.

“Bu, son dərəcə ciddidir və biz buna müvafiq olaraq ölçü götürəcəyik,” Qarland bildirib.

Rəsmilər bildirir ki, adı çəkilməyən şirkət 2023-cü ilin noyabrından bəri 2,000 video hazirlayaraq onları TikTok, X, YouTube kimi sosial media platformalarında yerləşdirib. Təkcə YouTube həmin videolara 16 milyon baxış olub.

Lakin güman edilir ki, Rusiyanın əməliyyatları məlum olduğundan daha genişmiqyaslı ola bilər.

“Hərçənd ki, RT America ABŞ ərazilərində öz rəsmi fəaliyyətini 2022-ci ildə dayandırıb, bizim təhqiqatımız müəyyən edib ki, ən azı ötən ildən bəri RT ABŞ daxilində yaşayan və işləyən insanlardan istifadə edərək Rusiya propaqandasını hazırlamaq və yaymaq məqsədilə Amerikanın media xadimləri ilə təmaslar qurub,” Federal Təhqiqatlar Bürosunun (FBI) rəhbəri Kristofer Rey bildirib.

“Bu material legitim müstəqil xəbərlər qiyafəsində təqdim olunub, halbuki onun əksər qismi Rusiyada Rusiya hökumətinə işləyən RT əməkdaşları tərəfindən hazırlanıb,” o, əlavə edib.

Amerikanın Səsi Vaşinqtondakı Rusiya səfirliyi və təsvirə uyğun gələn cinayət işi ilə üzləşən şirkətlə məsələyə münasibət bildirmək üçün əlaqə saxlayıb. Lakin onlardan heç biri hələ ki, cavab verməyib.

Haqqında söz gedən Tenet Media adlı şirkətlə əlaqəli olmuş bəzi şərhçilər və təsirçilər reaksiyalarla çıxış ediblər.

“Əgər bu ittihamlar sübut olunarsa, onda mən, digər xadimlər və şərhçilər aldanılıb və bu cinayətin qurbanlarıdır,” deyə podkast aparıcısı Tim Puul X platformasında bildirib.

“The Benny Show” podkast şounun aprıcısı Benni Conson Ədliyyə Nazirliyinin ittihamnamələrindən narahat olduğunu bildirib və əlavə edib ki, bu ittihamlar “mənim və digət təsirçilərin bu manipulyasiya əməliyyatının qurbanları olduğunu aydın edir”.

ABŞ-da qərargahlanan şirkətə qarşı cinayət işi qaldırımayıb, hərçənd ki, Ədliyyə nazirliyi onun öz auditoriyasına RT tərəfindən maliyyəşələşdirildiyini və idarə olunduğunu açıqlamadığını bildirib.

Rusiya

Rusiya prezidenti Vladimir Putin və RT baş redaktoru Marqarita Simonyan Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda kürsüdə. 17 uyun, 2022.

RT ABŞ ittihamlarını öz vebsaytında və sosial mediada məsxəyərə qoyub.

“Əgər onlar bizi tamamilə qovsalar, onda növbəti seçkilərini necə keçirəcəklər?” RT qurumun baş redaktoru Marqarita Simonyana istinadən bildirib. “Onların hər şeyə qadir RT ilə cəmiyyəti qorxumatqdan başqa strategiyaları yoxdur.”

İttihamnamədə adı hallanan RT əməkdaşları – 31 yaşlı Konstantin Kalaşnikov və 27 yaşlı Yelena Afanasyeva xarici agent kimi qeydiyyatdan keçməməkdə və pulyuma əməliyyatında ittiham olunurlar.

Xarici agent registrasiya qaydalarının pozulmasına görə maksimum beş illik həbs cəzası düşür. Əgər onlar pulyuma maddələri üzrə məhkum edilərlərsə, hər birini 20 il həbs gözləyir.

visiontv.az



Seçilən
120
50
visiontv.az

10Mənbələr