AZ

Putin ABŞ seçkilərində onu dəstəkləyəcək: Ölümcül gülüşü var

Rusiyanın ABŞ seçkilərindəki favoriti hazırkı prezident Co Bayden idi, amma indi Kamala Harrisdir. Rusiya Federasiyası Harrisi dəstəkləyəcək.

Publika.az xəbər verir ki, bunu Prezident Vladimir Putin Vladivastok şəhərində keçirilən Şərq İqtisadi Forumunda deyib.

“Favoritlərə gəlincə, bu, Amerika xalqının seçimidir, o, cənab Bayden idi. Lakin o namizədliyini geri götürərkən xanım Harrisi dəstəkləməyi tövsiyə etdi və biz də onu dəstəkləyəcəyik" - deyə Kreml rəhbəri bildirib.

O, həmçinin Harrisin seçkilərdəki rəqibi Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətini xatırladıb. “Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi sanksiyaları tətbiq etdi” - Putin deyib.

Ölkə başçısı qeyd edib ki, Harrisin "yoluxucu" gülüşü onun işlərinin yaxşı getdiyindən xəbər verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
7
publika.az

7Mənbələr