AZ

Gənclər "YouTube"da daha az çəki və fitneslə bağlı videolarla qarşılaşacaqlar

Gənclər "YouTube"da daha az çəki və fitneslə bağlı videolarla qarşılaşacaqlar

Mütəxəssislərin bu cür məzmunlara dəfələrlə baxılmasının zərərli ola biləcəyi xəbərdarlığından sonra "YouTube" gənclərə bədən çəkisini və ya fiziki xüsusiyyətlərini ideallaşdıran videoları tövsiyə etməyi dayandıracağını açıqlayıb.Platforma 13-17 yaşlı uşaqlara belə videolara baxmağa icazə verməyə davam edəcək, lakin bu cür məzmunun tövsiyəsini məhdudlaşdıracaq."YouTube" belə məzmunun öz qaydalarını pozmadığını, lakin təkrar baxılmasının bəzi istifadəçilərin sağlamlığına təsir edə biləcəyini bildirib."YouTube"un qlobal sağlamlıq rəhbəri Dr. Qarz Qraham qeyd edib ki, ideallaşdırılmış standartları əks etdirən məzmuna dəfələrlə baxmaq gənclərin özləri haqqında mənfi düşüncələrə səbəb ola bilər."YouTube" məsləhətçisi Allison Brisko Smit də qeyd edib ki, bu istiqamətdə məzmun problemlər yarada və gənclərin özlərini necə görməsinə təsir edə bilər.Mənbə: The Guardian

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
3
afn.az

4Mənbələr