“Avstriya Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Avstriya kansleri Karl Nehammer X sosial şəbəkəsində bildirib.
Nehammer Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzrə sülh danışıqlarına hazır olması ilə bağlı bəyanatlarını şərh edib.
Siyasətçi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) mənzil-qərargahı Avstriyada yerləşdiyindən münaqişənin həlli üçün danışıqları qəbul etməyə hazır olduğunu bəyan edib.
“Biz Rusiya prezidentinin Ukrayna ilə sülh danışıqlarına açıq olması ilə bağlı bəyanatlarını nəzərə alırıq”, – Avstriya kansleri vurğulayıb. Onun fikrincə, danışıqlar ilkin şərt olmadan aparılmalıdır.
Medianews.az