AZ

Zelenski: Ukrayna üzrə sülh sammitində Rusiya da mütləq iştirak etməlidir

Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır.

APA xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır:

“Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.

Seçilən
97
50
apa.az

10Mənbələr