AZ

“BRIKS-in Kazan sammitində yeni üzvlərin qəbulu gözlənilmir” – Uşakov


“BRİKS-in Kazanda keçiriləcək sammitində çox güman ki, təşkilatın genişlənməsi olmayacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanala müsahibəsində bildirib.
Uşakovun sözlərinə görə, BRİKS-ə üzv ölkələr Kazanda keçirilən sammitdə yeni statusun qəbul edilməsinə razılaşıblar: tərəfdaş dövlət. Belə ölkələrin BRİKS çərçivəsində əsas qərarlar qəbul edərkən səsvermə hüququ olmayacaq. Lakin zaman keçdikcə onlar təşkilatın fəaliyyətində fəal iştirak etsələr, dəvət ala və BRİKS-in tamhüquqlu üzvü ola biləcəklər.
Qeyd edək ki, hazırda 2006-cı ildə yaradılan hökumətlərarası təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və BƏƏ daxildir.
Sentyabrın 2-də Türkiyə rəsmi olaraq BRİKS-ə üzv olmaq üçün ərizə təqdim edib, Azərbaycan isə müvafiq ərizəni avqustda verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
yeniavaz.com

1Mənbələr