AZ

“Ukrayna Kursk əməliyyatı zamanı çox şey əldə etdi” – Stoltenberq


“Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat zamanı Ukrayna çox şeyə nail oldu”.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Osloya səfəri zamanı danışıb.
Bununla yanaşı, Stoltenberqin sözlərinə görə, vəziyyətin bundan sonra necə inkişaf edəcəyini söyləmək çətindir:
“Yalnız ukraynalılar öz qüvvələrini hara yerləşdirmək və bu vəziyyətdə hansı növ müharibənin məqsədəuyğun olması kimi çətin seçimləri edə bilər”.
NATO baş katibinin sözlərinə görə, Ukraynanın özünümüdafiə hüququ var, o cümlədən Rusiya ərazisindəki hərbi hədəflərə çata bilən uzaqmənzilli raketlərin köməyi ilə:
“Mən çox şadam ki, bir çox NATO ölkələri bu fürsəti təmin edib və hələ də məhdudiyyətləri olanlar Ukraynanın özünü müdafiə edə bilməsi üçün onları yumşaldıblar”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
yeniavaz.com

2Mənbələr