AZ

lkəmizə gəldi, gördüklərindən şoka düşdü: “Bu dərəcədə gözləmirdim”

“Səmimi desəm, Azərbaycan və Bakı haqda xoş sözlər eşitmişdim.

Bilirdim ki, çempionat da gərgin və maraqlı keçir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında dilə gətirən “Səbail”in yarımmüdafiəçisi Kitay Sofir karyerasını Azərbaycanda yox, başqa ölkədə davam etdirə bilərmiş.

Lakin israilli legioner Çexiya və Kiprdən aldığı təkliflərə yox, “dənizçilər”in çağırışına müsbət cavabverib.

Bu işdə ona “Səbail”in sabiq oyunçusu kömək edib. Kitay bura gələndən sonra gördüklərinə yaxşı mənada təəccüblənib.

“İndiyə qədər gördüklərim sadəcə, möhtəşəmdir. Bu dərəcədə əla olacağını gözləmirdim, açığı.

Heç nədən narazılığım yoxdur. Və bu seçimi etdiyimə görə məmnunam. İstər ölkə barədə olsun, istərsə də insanlarla.

Ötən il “Səbail”də oynamış Yadin Luqasi ilə yaxın dostuq. Onunla söhbətdə məni Azərbaycana getməklə peşman olmayacağıma inandırdı”.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
43
sportinfo.az

10Mənbələr