YouTube videohostinqi yeniyetmələrə gözəllik ideallarını təlqin edən, insanların xarici görünüşünü və bədən quruluşunu müqayisə edən materialları tövsiyə etməyi dayandıracaq.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Qeyd edilib ki, bəzi yeniyetmələr üçün problem yarada bilən məzmun kateqoriyaları müəyyən edilib. Bu kateqoriyalara fiziki xüsusiyyətləri müqayisə edən, müəyyən görünüş növlərini digərləri ilə müqayisədə ideallaşdıran və müəyyən fitnes və ya bədən çəkisi səviyyələrini ideallaşdıran məzmun daxildir.
Nəticədə, bu mövzularla bağlı bu cür video məzmunun bütün dünyada yeniyetmələrə təkrar tövsiyə edilməsinin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Şirkətin qeyd etdiyi kimi, bu cür məzmun bir videoda zərərsiz ola bilər, lakin bir neçə dəfə baxıldıqda bəzi yeniyetmələr üçün təhlükə yarada bilər.