AZ

Hunter Bayden vergidən yayınma işində günahını etiraf etmək niyyətindədir

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden ən azı 1,4 milyon dollar məbləğində vergidən yayınmada günahını etiraf etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə NBC telekanalı müttəhimin vəkili Ebbi Louelə istinadən məlumat yayıb.

Cümə axşamı Kaliforniya Mərkəzi Dairəsinin federal məhkəməsində iş başlayıb. NBC-nin qeyd etdiyi kimi, dinləmədən əvvəl Hunter Baydenin vəkilləri prokurorluq nümayəndələri ilə görüşüblər. Təqsirləndirilən şəxsin ədalət mühakiməsi ilə bağlı mümkün sövdələşmənin hansı şərtləri ilə razılaşdığı və hakimin bunu təsdiqləmək niyyətində olub-olmadığı barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü il dekabrın əvvəlində Hunter Bayden doqquz vergidən yayınma ittihamı ilə ittiham edilib. Prokurorlar hesab edirlər ki, prezidentin oğlu vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib. Onun 17 ilə qədər azadlıqdan məhrum edilə biləcəyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
8
apa.az

9Mənbələr