Millətlər Liqasının seçmə mərhələsinin ilk turunda İsveç yığması Bakıda Azərbaycan millisi üzərində 3:1 hesablı qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson matçı şərh edib:
"Nəticə il razıyam. Oyunda kifayət qədər şanslar əldə etdik. Qarşımızda müdafiədə yaxşı oynayan bir komanda var idi. Rəqibə açıq oyun təklif etdik, buna görə də şansları yarandı. Bizdə də şanslar çox idi. İlk hissədə önə çoxlu ötürmələr verdik, amma nəticə vermədi. Fasilədə bu barədə danışdıq. Topu itirəndə də problemlər yaşayırdıq. Geri çəkilərkən rəqibə fürsətlər verirdik. Bu kimi səhvlərin üzərində işləməliyik. Qələbə ilə başladıq, bundan razıyam. Qapıçı penalti zərbəsində yaxşı çıxış etdi".