ABŞ Rusiya və Çinin bütün nüvə buraxılış məntəqələrini 2 saat ərzində məhv edə bilər.
Maraqlı Mühəndislik portalına ekspertlər Dan Pleş və Manuel Qaliley tərəfindən müəlliflik edilən “Havanın Ustaları: Strateji Sabitlik və Konvensional zərbələr” adlı hesabatında belə deyilir.
Qeyd olunur ki, zərurət yaranarsa, ABŞ və müttəfiqlərinə Rusiya və Çinin bütün nüvə silahlarının buraxılış məntəqələrinin məhv edilməsinin öhdəsindən gəlmək üçün bir neçə saat lazımdır. Bu isə “bütövlükdə dünya üçün pis xəbərdir, çünki sabitliyi təhdid edir və müxtəlif problemlər yarada bilər”. Hesabatda deyilir ki, ABŞ və müttəfiqlərinin silah və zərbə imkanlarında üstünlüyü Rusiya və Çin arasında qorxu yarada və silahlanma yarışını qızışdıra bilər.
Tədqiqat ABŞ və onun müttəfiqlərinin adi raketdən müdafiə sistemlərindən istifadə etməklə öz düşmənlərinə qarşı şərti qabaqlayıcı zərbə endirmək potensialına yönəlib. O, ABŞ və müttəfiqlərinin qeyri-nüvə önləyici hücum vasitəsilə Rusiya və Çinin strateji nüvə qüvvələrini məhv etmək qabiliyyətinə malik olub-olmadığını yoxlayır. Tədqiqatçılar müxtəlif beynəlxalq təşkilatları vəziyyətin ciddiliyini anlamağa və hər iki tərəfdən mümkün nüvə tərksilahı haqqında danışmağa çağırırlar.
//Samir Qurbanov, Editor.az