AZ

Putinlə Zelenskidən kritik hərb və sülh mesajları – Hansı seçiləcək?

Ukrayna lideri Zelenski ikinci sülh konfransında Rusiyanın iştirakını vacib sayıb. Prezident bəyan edib ki, detallı sülh planı hazırlanır və Qərbdəki tərəfdaşlara təqdim olunacaq. O, Donbas, Zaporojye və Xerson cəbhələrində yeni hücumların anonsunu da verib. Rusiyalı həmkarı Putin isə əsas vəzifənin Donbasın “azad edilməsi” olduğunu açıqlayıb. Kreml başçısı ölkəsinin sülh danışıqlarından heç vaxt imtina etmədiyini bildirib. Tribunainfo.az-ın siyasət şöbəsi yazır ki, hər iki liderin açıqlamalarında hərb və sülh mesajları var. Təhlilçi qrupumuz qeyd edir ki, ikinci zirvə görüşündə Rusiyanın iştirakı olarsa, atəşkəslə bağlı müəyyən ümidlər yarana bilər. Analitiklərimiz Rusiyanın bu təklifi dəyərləndirməsini istisna etmirlər, lakin sammitə qədər tərəflər konfidensial müzakirələr aparmalıdırlar. Əgər bütün detallar razılaşdırılarsa, görüş xatirinə toplaşmaq olmazsa, Rusiya və Ukrayna nümayəndələri bir araya gələ bilərlər. Kiyevlə Moskva arasında son danışıqlar İstanbulda olub. Putin də həmin anlaşmanı xatırladıb və yenidən o masaya qayıtmağı təklif edib. O zaman Zaporojye və Xersonun ilhaqı gündəmdə deyildi, yəni danışıqlar bərpa olunarsa, Rusiyanın bu iki regionu güzəştə getməsi istisna deyil. Hərgah, Rusiya prezidenti əvvəlki açıqlamalarında bunun əksini qeyd edib. O, 4 regionun birləşdirilməsini qəbul etməyə və Kiyevi Alyansa üzvlükdən imtinaya çağırıb, bu halda hərbi əməliyyatların dayanmasını mümkün hesab edib. İndisə liderlərin son bəyanatları belə ehtimallar irəli sürməyə əsas verir ki, ilin sonuna qədər atəşkəs mümkündür. Sadəcə, bunu gərək NATO da istəsin. Anqlosaksonlar Rusiyanın “dişlərini çəkir” və gücsüz vəziyyətə gətirməyi hədəfləyir. Bu savaşın strateji məqsədi Rusiyanı zəiflətməkdir. Putin də etiraf edib ki, Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir. Ona görə indi hansı yol seçiləcək – sammitdə danışıqlar və atəşkəs, yoxsa döyüşə davam…

Tribunainfo.az
Analitik şöbə

Seçilən
88
1
tribunainfo.az

1Mənbələr