AZ

Putin ABŞ seçkilərini LAĞA QOYDU: "Harris çox gülür, biz onu dəstəkləyirik"

Rusiya Prezidenti Vladimir Putin ABŞ-də keçiriləcək prezident seçkilərindən danışıb.

 

Sfera.az bildirir ki, o, Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda sözügedən məsələyə toxunub. Onun istehzalı tonda verdiyi açıqlama ABŞ-nin Kremli seçki prosesinə müdaxilə etmək cəhdində ittiham etdiyi bir vaxta təsadüf edib.

 

“Bir neçə ay əvvəl verdiyim açıqlamada ABŞ prezident seçkilərində Co Baydeni dəstəklədiyimizi söylədim. Lakin onlar bu yaxınlarda Baydeni seçki yarışından kənarlaşdırdılar. Bayden geri çəkilərkən tərəfdarlarını Kamala Harrisi dəstəkləməyə çağırıb. Biz də Baydenə qulaq asırıq və Kamalanın qalib gəlməsini istəyirik”, - Putin bildirib.

 

Rusiya lideri Kamala Harrisin çıxışlarında tez-tez gülməsindən də danışıb: “O, həmişə gülümsəyir, görünür, işləri yaxşı gedir. Xanım Harris pozitiv biri olduğu üçün, bəlkə, bizə daha mülayim yanaşar”.

 

Putinin bu cümlələri isə zalda gülüşə səbəb olub. Ardınca o, Trampla bağlı fikirlərini ifadə edib və “Onun administrasiyası dövründə ABŞ Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyə başladı” - deyib.

 

ABŞ-dən Putinin çıxışına reaksiya gecikməyib. Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar müşaviri Con Kirbi, Putindən ABŞ seçkiləri haqqında danışmağı dayandırmasını istəyib.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
12
sfera.az

10Mənbələr