AZ

2,3 milyon əhalisi olan Bakıda 97, 4,4 min əhalisi olan Xankəndidə 163 kitabxana var


Bu ilin əvvəlinə olan rəsmi məlumata görə, Azərbaycanda 2 min 913 kütləvi kitabxana olub.
Yeniavaz.com
xəbər verir ki, kütləvi kitabxanalarda 27 milyon 672,9 min nüsxə kitab mövcuddur.
Məlumat üçün bildirək ki, ölkədəki kütləvi kitabxanaların cəmi 3,3%-i və ya 97-si paytaxt Bakıda yerləşir.
Qeyd edək ki, bu ilin əvvəlində Bakı şəhərində 2 milyon 340,7 min nəfərin yaşadığı qeyd olunub.
Açıqlanan rəsmi statistikada diqqət çəkən məqamlardan biri odur ki, ölkə əhalisinin 23%-nin yaşadığı Bakı şəhərində 97 kütləvi kitabxana olduğu halda, ümumi əhalinin cəmi 0,04%-nin və ya 4,4 min nəfərin yaşadığı Xankəndi şəhərində 163 kütləvi kitabxananın olduğu bildirilir.
Onu da bildirək ki, Xankəndi şəhəri Azərbaycanda ən çox kütləvi kitabxananın olduğu şəhər hesab olunur. Xankəndidən sonra ən çox kitabxana Bakı şəhərində (97 kitabxana), Quba rayonunda (85 kitabxana), Kəlbəcər rayonunda (80 kitabxana) və Laçın rayonunda (75 kitabxana) mövcud olub.
Əhalinin sayına görə ölkənin ən böyük şəhərlərindən olan Sumqayıtda 12, Gəncədə isə 25 kitabxana olub.
Xatıraladaq ki, Azərbaycanda mövcud olan 2 min 913 kütləvi kitabxananın 98,9%-i və ya 2 min 880-i Mədəniyyət Nazirliyinin tabeliyindədir.
Açıqlanan rəsmi məlumatlarda diqqət çəkən başqa bir məqam isə odur ki, son 18 ildə – 2005-2023-cü illər ərzində Azərbaycanda kütləvi kitabxanaların sayı 27,3% (1 091 kitabxana) azalıb. Belə ki, 2005-ci ildə ölkədə 4 min 4 kütləvi kitabxana olub. Maraqlıdır ki, kütləvi kitabxanaların sayı azalsa da, bu kitabxanalarda işlələyən işçilərin sayı son 18 ildə 2% artıb. Əgər 2005-ci ildə kütləvi kitabxanalarda işləyən 7 min 832 işçi olubsa, 2023-cü ildə onların sayı 7 min 987 nəfərə yükəslib.

Elnur Əli
Seçilən
146
50
yeniavaz.com

10Mənbələr