AZ

Bu yolda hərəkət 2 ay qismən məhdudlaşdırılacaq

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun bir hissəsi 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılacaq.

Bu barədə Olaylar-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılacaq.

"Sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
130
33
olaylar.az

10Mənbələr