AZ

İranın səfiri: Zəngəzur arzuları baş tutmayacaq

\İran səfiri Ermənistanın sərhədlərinin toxunulmazlığı ilə bağlı bölgədəki qonşular üçün yenidən “qırmızı xətlər” çəkib.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib ki, bəzilərinin Ermənistanla bağlı müxtəlif adlar altında, o cümlədən “dəhliz” ilə bağlı arzu və istəkləri reallaşmayacaq.
O, zalın açılış mərasimində deyib: “Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir.

Sobhani qeyd edib ki, iki ölkə arasındakı sərhəd sülh, dostluq, təhlükəsizlik və qarşılıqlı etimad sərhəddidir.
“Biz Ermənistanın ərazi bütövlüyünü, milli suverenliyini və müstəqilliyini təbliğ edirik, bizim səmimi qonşumuzdur və biz bütün sahələrdə əməkdaşlıq etmək və əməkdaşlığı dərinləşdirmək əzmindəyik”, – deyə səfir bildirib.

Seçilən
76
50
tribunainfo.az

10Mənbələr