AZ

“Narkotik biznesi hökumətin himayəsindədir”-

“Bir müddət əvvəl mən Ermənistanda narkotika aludəçiliyi və onun ağır nəticələri ilə bağlı məxfi məlumatlarla tanış oldum. Heyrətə gəldim. Qəribədir ki, heç siyasi qüvvə və ya siyasətçi bu barədə söz açmaq istəmir. Məxfi işdə aşkar şəkildə qeyd edilmişdi ki, narkotik biznesi yüz faizlik Ermənistan hökumətinin yüksək himayəsi altındadır",- o qeyd edib.

Erməni polkovnik: "Artıq qızlarımız da məktəblərə narkotik gətirirlər"
Partiya sədri Milli Təhlükəsizlik Xidmətinin (MTX) də bu məsələləri ört-basdır etməsindən gileylənib: "İnsanlar Milli Təhlükəsizlik Xidmətinə kimlərin bu işlərə cəlb edilməsi barədə əsaslandırılmış, ətraflı hesabatlar təqdim ediblər. Lakin heç bir nəticə olmayıb. Gördüyüm sənədlər məxfidir və mən onları dərc edə bilmirəm".

Qukasyan onu da vurğulayıb ki, Ermənistan Respublikası kimi kiçik bir ölkə üçün bu qədər narkotik "dərman"ın dövriyyədə olması, narkotikin həcmi olduqca böyükdür: "Əslində Gürcüstanda da eyni vəziyyət yaranıb. Heç bir dövlət və ya siyasi xadim bu biabırçı fiqurlar haqqında danışmır”.

Xatırladaq ki, Ermənistan Polisinin Baş Cinayət Axtarış İdarəsinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi və məişət zorakılığı ilə mübarizə şöbəsinin keçmiş rəisi, polkovnik Nelli Duryan narkotikin ölkədə geniş yayılmasını etiraf etmişdi.
"Əgər biz əvvəllər azyaşlı qızın məktəbdə narkotikdən istifadə etməsini və ya yayması hallarını təsəvvür belə etmirdiksə, hazırda bu, reallığa çevrilir. Bütün bunları nəzərə alaraq, biz profilaktik işlər aparmağa borcluyuq", - eks-məmur qeyd edib.

Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
azvision.az

3Mənbələr