AZ

""F1"in Azərbaycan iqtisadiyyatına verdiyi töhfə hər il daha da artır" - Maqsud Fərzullayev

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ötən illə müqayisədə tribunaların tutumu 35 faiz artıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev “Euronews” telekanalına müsahibəsində bildirib.

 

M.Fərzullayev bildirib ki, Formula 1 qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növüdür:

 

“Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır. Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır".

 

Vurğulanıb ki, yarış həftəsində Bakıya turist və azarkeş axını gözlənilir.

 

Qeyd edək ki, müsahibədə 13-15 sentyabr tarixlərində baş tutacaq Azərbaycan Qran-prisinin təşkilində 1500 -ə yaxın əməkdaşın, 2000 könüllü və 1400 -dən çox marşalın cəlb olunması, Bakı Halqasının ərsəyə gəlməsində istifadə olunan ən son texniki yeniliklərin tətbiqi, yol infrastrukturundakı müsbət dəyişikliklər,  təhlükəsizlik və ətraf mühitin qorunması məsələlərindən də bəhs olunub.


 
Firuzə Əliyeva

Seçilən
162
49
sfera.az

10Mənbələr