AZ

Tramp yəhudilərin toplantısında "Harris qazansa, İsrail yox olacaq" dedi, rəqibinə dəstək verənləri aşağıladı - Kamala Harrisin cavabı gecikmədi

ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının namizədi və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə İsrailin yox olacağın iddia edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Yəhudi Koalisiyasının Nevada ştatının Las-Veqas şəhərində keçirilən illik toplantısında çıxışında söz açıb.

O, hətta yəhudi lobbisini qorxutmağa da çalışıb: "Baxın, əgər "Demokrat"ların namizədi Kamala Harris prezident olsa, İsrail artıq mövcud olmayacaq. Bəli, onlar qalib gəlsələr, İsrail yox olacaq. Mən hələ də "Demokrat"lara dəstək verən yəhidi lobbisini anlaya bilmirəm, Siz mənə dəsətk olmalısınız. Demokratlara səs verən yəhudi amerikalıların beyninin içini yoxlanılması lazımdır...”.

Kamala Harrisin Seçki Qərargahından Trampın yəhudilər xitabı ilə bağl operativ reaksiya gəlib: "Tramp oradakı çıxışı ilə ölkəmizdəki yəhudi əsilli  amerikalıları açıq-aşkar təhqir edib. O, hər zamankı kiimi şəxsi maraqlarına uyğun davranıb. Halbuki, hər kəs bilir ki, Tramp şəxsi maraqlarına uyğunn olmasa, hər an İsraildən üz döndərəcək biridir".

Lamiyə Əhmədli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
mia.az

10Mənbələr