AZ

Ermənipərəst Okampodan növbəti əxlaqsızlıq

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo dünya ermənilərinə ikinci açıq məktub göndərib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Burada Okampo heç bir əsas olmadan Azərbaycan dövlətinə və xalqına iftira atıb. Azərbaycanın öz qanuni torpaqlarını azad etməsini “işğal” olaraq göstərib, həyasızlıqla burada “soyqırım” törədilidiyni bəyan edib. Üstəlik, həbs edilən terrorçuları və quldurları “əsir” adlandırıb.

Bundan başqa, Okampo COP29 sammiti öncəsi və gedişatı zamanı hər kəsi Azərbaycana təzyiq göstərməyə çağırıb. Onun iddiasına görə, Azərbaycanın əsl hədəfi bütün Ermənistanı ələ keçirməkdir.

Vaxtilə guya beynəlxalq məkəmələrdə “ədaləti” müdafiə edən, lakin həmin anlayışdan xəbəri olmayan bu adam indi özünü Ermənistanın vəkili kimi aparır, “Ermənistanın çətin danışıqlar apardığını” yazır. Bir zamanlar ermənilərin törətdiyi vəhşiliklərə susqun qalan bu tip indi “erməni xalqını qorumaq üçün səylərin birləşdirilməsinin vacib olduğunu” deyir.

Okampo sentyabrın 9-da Ermənistana səfər dəvəti aldığı üçün şad olduğunu da bəyan edib.

“Bu, Ermənistanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək və ümumi strategiya hazırlamaq üçün unikal imkan olacaq. Ermənilər, gəlin Ermənistanı müdafiə edək”, - deyə Okampo bəyanatın sonunda bildirib.

Musavat.com

Seçilən
106
50
musavat.com

10Mənbələr