“Barselona”nın gənc hücumçusu Lamin Yamal uşaqlıq illərini xatırlayıb.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, 17 yaşlı hücumçu atasının onu itlərlə futbol oynamağa məcbur etdiyini deyib:
“Atam dişləmədiklərini dedi və məni itlərlə qaçmağa məcbur etdi. Ona görə də onlarla tez-tez futbol oynayırdım. İtlə futbol oynamaq sənin edə biləcəyin ən çətin işdir”.
Xatırladaq ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. O, ötən il İspaniya millisində debüt edib. Yamal bu il yığma ilə Avropa çempionu olub.