AZ

COP29 çərçivəsində Liderlər Sammitinin təşkil olunması nəzərdə tutulub

COP29 çərçivəsində 12-13 noyabrda Liderlər Sammitinin təşkil olunması nəzərdə tutulub .

Day.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov Bakıda keçirilən beynəlxalq "Hüquq və İqlim" konfransında bildirib.

O bildirib ki, COP tədbirləri zamanı müzakirələrin daha effektiv təşkil olunması üçün tematik deyilən günlərdən istifadə olunur.

"Bu il də 7 tematik gün müəyyən olunub. COP29 zamanı keçiriləcək bütün tədbirlər, məsləhətləşmələr, danışıqlar həmin günlərdə müvafiq qaydada qruplaşdırılacaq. Bu, BMT-nin Baş Assambleyasından sonra ən çox dövlət və hökumət başçısının qatıldığı tədbirdir və mahiyyət etibarilə də bütün dünya ictimaiyyətinin diqqətində olur.

COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Həmin təşəbbüslərin müəyyən olunması zamanı da dünya ictimaiyyətinin Azərbaycan gözləntiləri nəzərə alınıb və aktual problemlərə diqqətə yetirilib. Builki COP-un əsas mövsuzu iqlim maliyyələşməsinin təmin olunmasıdır. Əgər bir mövzuda maliyyə varsa, iki tərəf formalaşır: maliyyəni verən və qəbul edən tərəf. Həmin tərəflər fikir ayrılığında olsalar da onları adətən bir mövzu birləşdirir ki, bu da həmin proseslərin şəffaf olmasıdır. İqlim maliyyəsi deyəndə onun şəffaf mexanizmlər əsasında tərəflər arasında bölünməsi və maliyyə resurslarının cəlb edilməsi nəzərdə tutulur. Bu, bizim COP sədrliyinin öndə gələn vəzifələrindən biridir. Şəffaflıq prinsipini artırmaq üçün "Bakı Qlobal İqlim Şəffaflığı Platforma"sı təsis edilib. Platforma çərçivəsində biz kommersiya tərəfi olan ölkələri təşviq edirik ki, onları bu il noyabrda keçiriləcək 29-cu sessiyaya kimi öz şəffaflıq hesabatlarını təqdim etsinlər. Bununla bağlı bütün tərəflərlə danışıqlar aparılır. Ən əsası BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında da tərəfləri bir daha bu məsələyə diqqətlə yanaşmağa səsləyəcəyik", - müşavir əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
day.az

7Mənbələr