AZ

İki cüdoçumuz Avropa çempionatının finalında

Azərbaycanın iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, Vüsal Qələndərzadə (73 kiloqram) yarımfinalda gürcüstanlı Mate Beruaşvili, Süleyman Şükürov (81 kiloqram) isə ukraynalı İqor Tsurkanı məğlub edib.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, bolqarıstanlı Dimitar Qospodinov və gürcüstanlı Aleksandre Loladzeni sınağa çəkəcəklər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) isə gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
8
idmanxeber.az

10Mənbələr