AZ

Tanınmış jurnalist əməliyyat olundu – “Palataya yerləşdirilib, durumu yaxşıdır”

Bu gün tanınmış jurnalist Azər Rəşidoğlunun Milli Onkologiya Mərkəzində cərrahiyyə əməliyyatı olunub.

“AzPolitika” xəbər verir ki, bu barədə onun dostu, jurnalist Rəsul Mirhəşimli məlumat paylaşıb.

“Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub. Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Əməliyyatda iştirak edən bütün həkimlərə və tibb işçilərinə də xüsusi təşəkkür edirəm”, - Mirhəşimli “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azər Rəşidoğlu artıq palataya köçürülüb, özünü yaxşı hiss edir.

“Həkimlər Azərin vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, onu reanimasiyada saxlamağı məsləhət bilməyiblər. Allahın izni ilə Azər yaxın günlərdə xəstəxanadan çıxıb, əvvəlki enerjisi ilə işlərini davam etdirəcək”, - o, əlavə edib.

“AzPolitika.info”

Seçilən
160
4
azpolitika.info

10Mənbələr