AZ

Oksford Məktəbinin binası yenidən satışa çıxarıldı - 2,5 milyonluq endirim

Bakıda hərrac vasitəsi ilə satışa çıxarılan binanın qiyməti 2.47 milyon manat ucuzlaşdırılıb.

Paralel.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail rayonu Badamdar qəsəbəsi Abbasqulu Abbaszadə küçəsi 108 ünvanında yerləşən xüsusi müsadirə edilmiş bina 22 232 700 manat start qiyməti ilə yenidən satışa çıxarılıb.

Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 sentyabr 2024-cü ildə hərrac keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.

Qeyd edək ki, bina vaxtilə Bakı Oksford Məktəbinə məxsus olub. Bundan əvvəl bina 27 avqust 2024-cü ildə 24.7 milyon manata satışa çıxarılmışdı. 18 972.2 kvadratmetr ərazisi olan bina həmin hərracda satılmamışdı.

Seçilən
106
37
paralel.az

10Mənbələr