AZ

Bu halda Rusiya ilə Ukrayna arasında heç vaxt sülh olmayacaq

"Əgər hər iki tərəfin qəbul edə biləcəyi sülh planını gözləsək, heç vaxt sülh olmayacaq. Çünki ilk addım sülh deyil, atəşkəsdir".

Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O əlavə edib ki, Rusiya ilə yanaşı, Ukrayna ilə də dialoqa ehtiyac var:

“Macarıstanın Avropa İttifaqı (Aİ) sədrliyini üzərinə götürdüyü iyulun əvvəlində Kiyev, Moskva və Pekinə etdiyim səfərləri xatırlatmaq istəyirəm. Məncə, sülh missiyası zəruridir. 16 ildən çoxdur ki, Avropa Şurasındayam. Təcrübəmə görə, istifadə etdiyimiz dil və həyata keçirdiyimiz siyasi məqsədlər həmişə sülh olub”.

Seçilən
54
16
publika.az

10Mənbələr