AZ

"Slovakiyadan qorxmuruq, komandamdan qələbə gözləyirəm" - Santuş iddialı danışdı

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirəcəkləri matçdan - Millətlər Liqasının oyunundan əvvəl baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 69 yaşlı mütəxəssis sabah səfərdə reallaşacaq görüşlə bağlı bunları deyib:

"Slovakiyanın Estoniya ilə matçını detallı analiz etmişik, hətta həmin görüşü mənim köməkçim canlı izləyib. Rəqibə hörmətimiz var, amma biz onlardan qorxmuruq. Mən qələbə gözləyirəm. Biz meydana ancaq qələbə üçün çıxacağıq. Bu yığmaya qarşı necə oynayacağımızı açıqlaya bilmərəm, yetərincə hazırlaşmışıq. Əvvəlki illərdə Slovakiya ilə oynamışam. Yunanıstanın baş məşqçisi kimi qələbə də qazanmışam.  
Bəhlul Mustafazadənin yoxluğina gəlincə, bizim kifayət qədər oyunçumuz var. Sabah onun yerini dolduracağıq". 

Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
fanat.az

10Mənbələr