Vladimir Zelenski bildirib ki, o, Ukrayna ilə bağlı yeni plan hazırlayır və onu ABŞ prezidentliyinə namizədlərə və G7 ölkələrinin liderlərinə təqdim etmək niyyətindədir.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, bu plan noyabrda hazır olacaq.
“Mən bunu prezident Baydenə, namizədlər Tramp və Harrisə, eləcə də G7 liderlərinə təqdim edəcəyəm, çünki onların bu barədə nə düşündüklərini bilmək istəyirəm”, – Zelenski İtaliyanın “Repubblica” nəşrinə müsahibəsində qeyd edib.
Zelenski planın təfərrüatını açıqlamayıb. “Repubblica” hesab edir ki, planda Qərb tərəfdaşlarının Ukraynanın müdafiəsində fəal rolu yer alacaq, bu, atəşkəsə zəmanət verəcək və Moskva ilə danışıqlar prosesinin başlamasına imkan yaradacaq.