AZ

“Başqa təkliflərim var idi, Azərbaycanda oynamağı üstün tutdum”

“Yayda mənə başqa ölkə klublarından təkliflər gəlmişdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in legioneri Gitay Sofir deyib.

Mövsümlərarası fasilədə Azərbayacana gələn 25 yaşlı orta sahə oyunçusu karyerasını burada davam etdirməsinin səbəbi haqda bunları söyləyib:

“Kipr və Çexiya klubları xidmətimdən maraqlı idi. Sadəcə, Azərbaycanda oynamağı üstün tutdum.

Baş məşqçi ilə söhbətdə mənə hədsiz inamını hiss etdim. İndi özümü Premyer Liqada göstərmək istəyirəm.

Azərbaycana gəlməklə doğru qərar verdiyimi fikirləşirəm”.

Seçilən
189
50
sportinfo.az

10Mənbələr