Bu gün Milli komandamız Millətlər Liqasının qrup mərhələsində 2-ci turu çərçivəsində Slovakiyanın qonağı olub.
“İki sahil”in məlumatına görə, "Koşitse Futbol Arenası"nda keçirilmiş oyunun 22-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Duda hesabı açıb. 26-cı dəqiqədə isə Streleç Meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib.
Qarşılaşma bu hesabla da başa çatıb.
Xatırladaq ki, millimiz 1-ci turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Fernandu Santuşun baş məşqçiliyi altında ilk oyunu olub.
Slovakiya isə 1-ci turda Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.
UEFA Millətlər Liqası,
qrup mərhələsi, 2-ci tur
C liqası, 1-ci qrup
8 sentyabr
20:00. Slovakiya 2-0 Azərbaycan
Qollar: Duda, 22 - pen., Streleç, 26
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)
"Koşitse Futbol Arenası"
Məhərrəm Ağalaroğlu, “İki sahil”