Bakı. Trend:
“Abşeron” voleybol klubu transfer bazarında fəallığını davametdirir.
Trend İdman.biz-əistinadən xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısınınmacarıstanlı Mariya Çiliçi heyətinə qatıb.
Çiliç ötən mövsümü vətənində "Fatum" klubunda keçirib.
Qeyd edək ki, “Abşeron” bundan əvvəl Azərbaycan millisinin ikivoleybolçusu, hücumçu Nikalina Başnakova və blokçu AnastasiyaMertsalova ilə müqavilə imzalayıb.