AZ

Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların Əsasnaməsinin baxılma tarixini AÇIQLADI

 

Ermənistan Konstitusiya Məhkəməsi (MK) sentyabrın 24-də Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməyə baxacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd edək ki, avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. Məhkəmə bu sənədin konstitusiyaya uyğunluğunu yoxlamalıdır.

 

Ötən həftə Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnamənin ratifikasiyasını təsdiqləyib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə əldə olunduqdan sonra parlamentdə müzakirə ediləcək.

Seçilən
116
4
sfera.az

10Mənbələr