AZ

Təhsil Nazirliyi 2 milyonluq dezinfeksiya vasitələri alır: 3 ildir eyni şirkətlə anlaşırlar

Təhsil Nazirliyi məktəblərdə sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satınalınması üzrə müsabiqəyə yekun vurub. Tribunainfo.az xəbər verir ki, nazirliyin təsərrüfat hesablı Tikinti və Təhcizat İdarəsi tenderin nəticəsini açıqlayıb.Qeyd edilir ki, idarə yoluxucu xəstəliklərin qarşısının alınması və nəzarət edilməsi üçün bu addımı atıb.Rəsmi məlumatlara görə, dəyəri 1.984.415,92 manat olan tenderin qalibi “ECOMEDİ” QSC olub.Qeyd edək ki, bu, Təhsil Nazirliyi ilə “Ecomedi” arasında ilk tender deyil. Ötən il də nazirlik bu şirkətlə 3.680.093,88 manatlıq satınalma müqaviləsi imzalayıb. 2022-ci ildə isə nazirlik “Ecomedi” ilə eyni təyinat üzrə 3 632 904 manatlıq müqavilə bağlayıb.Sözügdən şirkət 16 iyun 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, bina 5, mərtəbə 4, məhəllə 1965-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Fəzail Maarif oğludur.Bildirək ki, həmin vaxt şirkətin qanuni təmsilçisi Fərid Eyvazov olub. O, 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərib. 2008-2009-cu illərdə Nəsrəddin Tusi klinikasında, 2011-ci ildən 2012-ci ilədək Medikal Plaza Klinikasında işləyib. 2013-2016-cı illərdə isə Səhiyyə Nazirliyində özəl tibbi müəssisələrinin lisenziyalaşdırılmasında təcrübəli ekspert kimi fəaliyyət göstərən Fərid Eyvazov 2014-2015-ci illlərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib.Satınalma müqaviləsi imzalanan vaxt o, “Bakı Bərpa Mərkəzi”nin baş həkimi olub. Hazırda da orada çalışır.P.S. Məktəblərin tədirs ilinə hazırlanması, sinif otaqlarının dezinfeksiya edilməsi müsbət haldır. Bu, müasir dünyamızda xəstəliklərin davamlı olaraq yayılmasını önləmək üçün vacibdir. Lakin görəsəN. Təhsil Nazirliyi orta məktəb binalarının ayaqyollarında bir ədəd sabun qoyması məsələsini də həll edəcək? Axı, sanitar qovşaqlar xəstəlik, mikrob və virusların əsas mənbələri hesab olunur. Həm də uşaqların öz təbii ehtiyaclarını qarşıladıqdan sonra həmin mikroblardan xilas olması üçün əllərini təmiz saxlaması da vacib məsələlərdəndir.

Seçilən
65
48
anaxeber.info

10Mənbələr