AZ

Səhiyyə naziri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Səhiyyə Nazirliyində Qazaxıstan Respubikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirilib.

Adalet.az quruma istinadla xəbər verir ki, Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni ortaqlıqların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini vurğulayıb.

Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətləri əsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən Teymur Musayev bildirib:

“Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.

Həmçinin, Azərbaycanla Qazaxıstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət sahəsində Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı maraq ifadə olunub.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Seçilən
87
7
adalet.az

8Mənbələr