AZ

Beynəlxalq enerji agentliyinin qlobal neft hasilatı proqnozları yeniləndi

Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü il üçün qlobal neft hasilatının artım tempi üzrə proqnozunu azaldıb, lakin gələn il üçün artım gözləyir. Bu ilin sonunda gündəlik qlobal neft tədarükünün 102,93 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu, 2023-cü ilin 102,27 milyon barelik göstəricisindən 660 min barel daha çoxdur, amma əvvəlki qiymətləndirmədən 70 min barel azdır. Gələn il üçün isə gündəlik neft hasilatının 105 milyon barel olacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 120 min barel çoxdur. Bu dəyişikliklər bazar şəraitindəki dəyişikliklərə və gələcək tələblərə uyğun olaraq edilən yeniləmələrdən irəlidir.

Seçilən
113
8
fins.az

8Mənbələr