AZ

Türk dünyasının ortaq əlifbası QƏBUL EDİLDİ

Qərargahı Qazaxıstanın paytaxtı Astanada olan Türk Akademiyasından verilən açıqlamada, 9-11 sentyabr tarixlərində Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının 3-cü iclasının keçirildiyi bildirilib. 

News24.az xəbər verir ki, açıqlamada TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Birgə Əlifba Komissiyası üzvlərinin iştirak etdiyi iclasın uğurla başa çatdığı vurğulanıb.

İlk dəfə 1991-ci ildə elm adamları tərəfindən irəli sürülən Latın əsaslı Ortaq Türk Əlifbası layihəsinin hərtərəfli nəzərdən keçirildiyi və komissiya üzvlərinin bu əlifba layihəsində hazırlanması lazım olan məsələlərlə bağlı lazımi qərarlar verdiyi vurğulanıb və bunlar qeyd edilib:

"Bu fədakar iş nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılıq əldə olunub. Təklif olunan əlifbada hər bir hərf türk dillərində rast gəlinən müxtəlif fonemləri təmsil edir".

Məryəm İlhamqızı


Seçilən
117
31
news24.az

10Mənbələr