AZ

"Fonoqram oxuyub camaatı aldadırlar, toy sahibi düz edir" -Əli Mirəliyev

Xəbər verdiyimiz kimi müğənni Kərim Abbasov Bakıda toy məclislərinin birində fonoqram ifa etdiyi üçün toy sahibi ilə aralarına mübahisə yaranıb. Ardıyca isə bu mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib və xəsarət alan müğənni xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisəylə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Məsələylə bağlı Redaktor.az-a danışan müğənni Əli Mirəliyev bu gün əksər müğənnilərin toy məclislərində fonoqram oxuduğunu bildirib:

“Hər fanaqram oxuyan canlı oxuya bilmir. Səs var ki, güclüdür, musiqini batırır, səs də var ki, musiqinin səsindən geri qalır. Onda insanlar da müğənninin oxuduğu mahnının sözlərini başa düşmürlər. Ona görə bunlar fonoqram oxuyub, biclik edirlər. Toy sahibini də qınamalı deyil, düz deyir. Pul verib deyir ki, canlı oxu. Mən özüm də lazım olan yerdə fonoqram oxuyuram, çünki elə yerdə ansambl olmur. Amma əsasən canlı ifaya üstünlük verirəm”.

Ə.Mirəliyev bu gün əksər müğənnilərin canlı ifa etməyə səsləri olmadığını deyib:

“Onların çoxu dostlarımdı, adlarını çəkmək istəmirəm, amma canlı oxuya bilmirlər, səsləri çatmır. Məsələn, Eyyub Yaqubov, Təyyar Bayramov, Babək Niftəliyev və sair müğənnilər canlı oxuyur. Fonoqram oxuyanlar isə “zapis”lə məşhur olurlar, amma toyda canlı ifa tələb olunanda məlum olur ki, səsləri yoxdur. Ona görə bu müğənniləri xaricə səfərlərə dəvət etmirlər. Biz canlı oxumuşuq. Akif İslamzadə, Mirzə Babayev, Oqtay Ağayev, Gülağa Məmmədov, Şövkət Ələkbərova və sair siyahı böyükdü, bütün bu müğənnilər canlı oxuya bilirdi. Biz o məktəbin davamçılarıyıq. Amma indi toylarda fonoqram oxuyan müğənnilər kimin davamçılarıdır, bilinmir. Bunlarınkı oxumaq yox, camaatı aldatmaqdı. Bahalı maşını, villası var. Amma sən fanaqram oxumaqla uzağa gedə bilməzsən. Əksəriyyəti də Əməkdar artistdir. İndi özlərini yaxşı çıxış yolu tapıblar. Camaatı aldadırlar. İllərdir deyirəm ki, bunlar oxuya bilmirlər. Manaf Ağayev, Əflatun Qubadov canlı oxuya biləcək. Amma o müğənnilər oxuya bilmirlər”.

Vasif ƏLİHÜSEYN

 

 

Seçilən
50
16
redaktor.az

10Mənbələr