AZ

Bu gündən Formula 1 Azərbaycan Qran Prisi 2024 start götürür

Bakı. Trend:

Bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024start götürür.

Trend-in məlumatıma görə,13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündəFormula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralamaturu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 vəFormula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildənBakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfəFormula 1 Azərbaycan Qran Prisi baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
12
az.trend.az

10Mənbələr