AZ

Rusiya 6 britaniyalı diplomatı deportasiya etdi

Rusiya casusluq ittihamı ilə 6 Britaniya diplomatını ölkədən çıxarıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən casusluq və təxribat fəaliyyətində ittiham olunan 6 britaniyalı diplomatın deportasiya edildiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyinə məxsus \"Zvezda” dövlət televiziyası diplomatların Moskvadan getdiyini əks etdirən kadrları yayımlayıb və onları birbaşa \"casus” adlandırıb.
 
FSB Britaniyanın Ukraynada Rusiyanın məğlubiyyətini hədəflədiyini iddia edib.
 
Hadisə ilə bağlı Britaniya səfirliyi şərh verməsə də, bu insident Britaniyanın Ukraynaya Rusiya daxilindəki hədəflərə qarşı raketlərdən istifadə etməyə icazə vermək cəhdləri ilə üst-üstə düşüb.
 
Rusiya digər Britaniya diplomatlarının da deportasiya oluna biləcəyini bəyan edib.
 
Gülay
Seçilən
100
azxeber.com

1Mənbələr