AZ

Pirallahı Sənaye Parkında yeni məhsullar istehsal olunacaq

Bakı. Trend:

İndiyədək Pirallahı Sənaye Parkında rezidentlər tərəfindən 53milyon manatlıq satış həyata keçirilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) Trend-ə bildirilib ki, bu ilin birinciyarısında Sənaye Parkında 7,5 milyon manatlıq məhsul satılıb.

Hazırda sənaye parkında rezidentlər şpris (1, 2, 5, 10, 20, 50ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti,lateks steril cərrahi əlcək, diabeton MR və s. məhsullarınistehsalı həyata keçirilir. Növbəti mərhələdə rezidentlərtərəfindən sənaye parkında şəkəri təyin edən cihazlar, birdəfəliküçkomponentli şprislər, 42 ad altında müxtəlif doza və qablaşdırmaolmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, tozsuspenziya, sirop və s.) dərman məhsulları, bioloji aktiv qidaəlavələri və dərman vasitələri istehsal ediləcək.

İstehsal olunan məhsullar əsasən daxili bazarın tələbatınınödənilməsinə yönəldilib. Növbəti mərhələdə sənaye parkında istehsalolunan məhsulların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan,Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixrac edilməsi nəzərdətutulur.

Pirallahı Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraqgöstərilir. Parkın rezidenti olmaq istəyən sahibkarlar tərəfindəntəqdim edilən bir çox layihələrə İqtisadi Zonaların İnkişafıAgentliyində baxılır. Əsasən müraciətlər dərman istehsalısahəsindədir. Rezidentlər tərəfindən müasir texnologiyalarıntətbiqi ilə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verəndərmanların istehsalı həyata keçirilir. Əsasən texnologiyalarAlmaniya, İtaliya Türkiyə, İsveçrə kimi qabaqcıl ölkələrəməxsusdur.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyininidarəçiliyində olan Pirallahı Sənaye Parkı dövlətimizin başçısının2016-cı il 14 sentyabr tarixli sərəncamına əsasən yaradılıb. Parkınəsas fəaliyyət istiqaməti ölkədə əczaçılıq sənayesinin inkişafetdirilməsidir. Belə ki, sənaye parkı fəaliyyətə başladığı andanetibarən ölkədə əczaçılıq sənayesinin inkişafına, əhalinin dərmanvasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın vəməşğulluğun təşviqinə töhfələr verir. Hazırda sənaye parkındainvestisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıqsubyektinə rezidentlik statusu verilib və bunlardan 2-si artıqistehsal fəaliyyətinə başlayıb. Rezidentlər tərəfindən indiyədəksənaye parkına 40 milyon manatdan artıq investisiya yatırılıb,140-dan artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcudlayihələr üzrə sənaye parkına əlavə olaraq 80 milyon manatdan çoxinvestisiyanın qoyulması, 400-dən artıq daimi iş yerininyaradılması nəzərdə tutulur.

Seçilən
71
11
az.trend.az

10Mənbələr