Ukraynadakı münaqişəyə son qoyulması üçün müəyyən məqamda Rusiya ilə dialoqa yenidən başlamaq lazımdır.
Axar.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alman nəşrinə müsahibəsində deyib.
“Mən hələ də Rusiya ilə müdafiə və çəkindirməyə dair dialoqa inanıram. Biz məzmunlu dialoq aparmaq üçün güclü olmalıyıq”, - deyə o bildirib.
Stoltenberq həmçinin 2014-cü illə müqayisədə indi dialoq imkanlarının az olduğunu etiraf edib.