AZ

Azərbaycanda tikinti materialının istehsalı 23% artıb

Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 908,6 milyon manat təşkil edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 Bu da  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,0 faiz çoxdur.

Dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 73,3 faiz artaraq 103,1 min ton, , asfalt istehsalı 37,9 faiz artaraq 57,5 min ton, beton istehsalı 32,3 faiz artaraq 3 milyon 205,2 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı 27,8 faiz artaraq 23,9 min ton, tikinti gipsinin istehsalı 13,8 faiz artaraq 61,2 min ton, sement istehsalı isə 12,8 faiz artaraq 2 milyon 720,9 min ton təşkil edib.

Bu dövrdə tikinti şüşəsinin istehsalı 6 milyon 736 min kv m. təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.

Tikinti kərpiclərinin istehsalı 8,1% artaraq 402,2 min kub metrə, sement klinkerlərinin istehsalı isə 13,3% artaraq 2 milyon 750,4 min tona yüksəlib.

 

Seçilən
24
1
fed.az

3Mənbələr