AZ

Azərbaycan 2024-cü ildə rəqəmsallaşmanı 15%-ə çatdıracaq

2024-cü ilin  sonuna qədər Azərbaycanda vətəndaşlara göstərilən xidmətlərin 15 %-i rəqəmsallaşacaq. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş "mygov” rəqəmsal hökumət platformasının təqdimat mərasimində bildirib.

"Rəqəmsallaşma sadə vətəndaşlar və iş adamları üçün informasiya və xidmətləri əlçatan etmək məqsədi daşıyır. Azərbaycanda bu sahə üzrə strategiya 3 əsas vektor üzərində qurulub. Bura  rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes daxildir.  Rəqəmsal hökumətin quruculuğu dövlət xidmətlərinin və daxili proseslərin tam rəqəmsallaşdırılmasını, xidmət və məlumatlara əlçatanlığı artırmaqla kağızsız hökumətə keçidin təmin edilməsini nəzərdə tutur",  -  Məmmədov bildirib .
 
Onun sözlərin görə, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq üçün  "Digital Bridge" – Milli Məlumat Mübadiləsi sistemiyaradıb. 
 
Bu sistemin keçiricilik qabiliyyətini 4 dəfə artırmaqla dövlət qurumları arasında məlumat mübadiləsi sürətlənib.  Sistemə 70 qurumun 100-dən çox informasiya sistemi daxil edilib.
 
"Digital Bridge" üzərindən aparılan məlumat tranzaksiyasının sayı isə 1 milyardı keçib. 

Məmmədov hesab edir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən ölkə kimi Azərbaycanda dayanıqlı rəqəmsal, innovativ həllərin təşviqi və həyata keçirməsi xüsusi önəmlidir. 
 
"Xüsusilə rəqəmsal hökumət quruculuğunda Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminin verdiyi imkanlar proseslərin səmərəliliyinin artırılması və ətraf mühitə ziyanın minimuma endirilməsini təmin edir. RSD-dən istifadə etməklə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi nəticəsində aylıq 500 mindən çox vərəqə qənaət edilir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir.",  -  nazir müavini vurğulayıb. 
 
Dövlət orqanları və tabeli qurumları nəzərə alsaq altsistemə hazırda 1 700-dən çox qurumdaxil edilib. 
 
N.Təbrizli


www.anews.az
Seçilən
100
4
anews.az

10Mənbələr