AZ

Azərbaycan və Özbəkistan arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Bakı. Trend:

Bu gün Özbəkistan Respublikasının Daşkənd şəhərində AzərbaycanRespublikası və Özbəkistan Respublikasının Xarici İşlərNazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələrikeçirilib.

XİN-dən Trend-ə verilənxəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluqidarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isəÖzbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq-hüquqidarəsinin rəisi Bobur Azizov rəhbərlik edib.

Görüşdə, həmçinin Azərbaycan tərəfindən AzərbaycanRespublikasının Dövlət Miqrasiya Xidmətinin, Özbəkistan tərəfindənisə Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin, Məşğulluqvə əmək məsələləri üzrə Nazirliyinin, Xarici Əmək MiqrasiyasıAgentliyinin rəsmiləri iştirak edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanın müttəfiqi olanÖzbəkistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti vəinkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəflisənədlərin imzalanması imkanları barədə fikir mübadiləsiaparılıb.

Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquqvə azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrindəəlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Seçilən
12
26
az.trend.az

10Mənbələr