AZ

Azərbaycan məhsullarının Rusiyaya ixracı azalıb

2024-cü ilin səkkiz ayında Azərbaycanla Rusiya arasında ticarət dövüyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq  2,947 milyard dollar olub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.  
 
Bildirilib ki, Azərbaycana aid məhsulların Rusiyaya ixracı 3,4% azalaraq 767,439 milyon dollar, Rusiyadan malların idxalı isə 2,179  milyard dollar (artım 9,4%) təşkil edib.
 
Hesabatda qeyd olunub ki, Azərbaycanın ticarət tərəfdaşları arasında Rusiya İtaliya və Türkiyədən sonra 3-cü sırada qərarlaşıb. 


2023-cü il Azərbaycanın Rusiya ilə ticarət dövrüyəsi 4 milyard 358 milyon dollara çatıb.  
 
Gülnar 

www.anews.az
Seçilən
133
1
anews.az

10Mənbələr