AZ

Bakıda kanalın üzərindən keçən yolun bir hissəsi çökdü, məhəccər aşdı

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyinə gedən yolun bir hissəsi qəzalı vəziyyətə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, kanalın üzərindən keçən yolun bir hissəsi çöküb, kənardakı məhəccər isə bir neçə aydır ki, aşıb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, ərazidə təmir-bərpa işləri aparılıb, məhəccər qaldırılaraq yerinə qoyulub.

Yolun çökməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanladığımız suala isə hələ ki cavab verilməyib.

Aytac Qasımova

Mənbə: oxu.az

Seçilən
26
5
oxu.az

6Mənbələr