AZ

Naxçıvanda mikroavtobus yandı - FOTO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan şəhəri Xətai məhəlləsində "Hyudai" County markalı mikroavtobusda yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, digər hissələri yanğından mühafizə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
13
milli.az

10Mənbələr