AZ

Üç kollecə direktor təyin olundu

Azərbaycanda üç kollecə direktor təyin olunub.

Publika.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sədrinin müvafiq əmri ilə Neymət Rüstəmli Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə, Xatirə Məlikova Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə, Elşad Əhmədov isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) nəzdində İncəsənət Kollecinə direktor vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Neymət Rüstəmli bakalavriat təhsilini Sumqayıt Dövlət Universitetində alıb, magistratura səviyyəsini isə ADA Universitetində "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə bitirib. 2011-2019-cu illərdə Ağdam rayon 91 saylı köçkün tam orta məktəbi və I Sarıcalı kənd tam orta məktəbində müəllim kimi çalışıb. O, bu təyinatadək Ağdam rayon 91 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib. N. Rüstəmli I Yüksəliş müsabiqəsinin yarımfilançısıdır.

Seçilən
55
49
publika.az

10Mənbələr